Dünya

PKK mayın 28-də ölkədə xaos yaratmağa hazırlaşır - Türkiyə KİV

27 May 2023 11:09
Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"PKK terror qruplaşması Türkiyədə prezident seçkilərinin keçiriləcəyi 28 may tarixində ölkədə xaos yaratmağa hazırlaşır".

Milli.Az "Report"a istinadən xəbər verir ki, hazırlıqlar Yunanıstandakı Lavrion düşərgəsində davam edir.

Bildirilib ki, düşərgədən göndərilən şifrəli əl yazısı ifşa olunub. Şifrəli mesajın "İnşaata başlayın" olduğu aşkarlanıb.

Xatırladaq ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirmişdi ki, Lavrion düşərgəsində təlim keçən terrorçular prezident seçkilərinin ilk turunda - mayın 14-də də ölkədə qarışıqlıq yaratmaq istəyiblər. Lakin bunun qarşısı alınıb.

Qeyd edək ki, Lavrion düşərgəsi son illər tamamilə PKK terror təşkilatının nəzarətinə keçib. Terrorçular müntəzəm olaraq orada təlim keçirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.