Dünya

“The Jerusalem Post”: “Dəmir qübbə” Ukraynada effektiv olmayacaq

19 May 2023 00:28
Baxış: 1 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və İsrailin birgə layihəsi olan "Dəmir qübbə" hava hücumundan müdafiə (HHM) sistemi Ukraynada effektiv olmayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post" nəşri yazıb.

Nəşr yazır ki, Ukrayna ərazisinin böyük olması "Dəmir qübbə"nin effektivliyini azaldır, çünki bu sistemlər qısa məsafədə radiusu əhatə edir. Məsələn, İsrailə Qəzza zolağındakı raket hücumlarından qorunmaq üçün 10-a yaxın belə qurğu lazımdır, Ukraynanı qorumaq üçün isə ən azı onlarla HHM batareyası lazımdır ki, bu sayda sistem sadəcə mövcud deyil.

Bildirilib ki, Qəzza zolağında Fələstin tərəfinin atdığı raketlərlə müqayisədə Ukraynaya daha müasir və təkmilləşdirilmiş raketlər atılır ki, buna görə də bir neçə ədəd "Dəmir Qübbə"nin Kiyevə verilməsi simvolik xarakter daşıyacaq.

O da vurğulanıb ki, "Dəmir qübbə" ABŞ-İsrail birgə layihəsi olduğundan hər iki ölkə bu sistemlərin Kiyevə verilməsinə razılıq verməlidir.

Nəşr öz mənbələrinə istinadən onu da əlavə edib ki, İsrailin yüksək səviyyəli müdafiə rəsmiləri "Dəmir qübbə"nin Kiyevə verilməsinin Rusiyada hansı reaksiyaya səbəb ola biləcəyindən hələ də narahatdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.