Dünya

“Azərbaycanın 86,6 min km² ərazisini tanıyırıq” - Paşinyan

17 May 2023 15:57
Baxış: 2 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır.

Milli.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı deyib.

Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına toxunaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin son bəyanatını xatırladıb.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan müvafiq olaraq, 29,8 min və 86,6 min kvadrat kilometr çərçivəsində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.