Dünya

Rusiya əks-hücumun qarşısını almaq üçün… - ABŞ rəsmisi

17 May 2023 16:31
Baxış: 1 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya gözlənilən əks-hücum əməliyyatını təxirə salmaq üçün Ukrayna ərazisinə daha tez-tez raket zərbələri endirməyə başlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemini məhv etmək və çaşdırmaq üçün həmişə olduğundan daha çox sursat sərf edir. Həmçinin, Rusiya eyni anda bir neçə istiqamətdən kütləvi zərbələr endirərək Kiyevdəki komanda mərkəzlərini və digər mühüm yerləri hədəfə alır.

Rəsminin sözlərinə görə, Rusiyanın getdikcə daha çox idarə olunan dəqiq silah ehtiyatından istifadə etməsi Ukraynanın xeyrinə ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.