Dünya

Finlandiyanın baş naziri boşanır - FOTO

11 May 2023 20:48
Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finlandiyanın müvəqqəti baş naziri Sanna Marin əri Markus Raykkenendən boşandığını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

"Birlikdə boşanmaq üçün məhkəməyə müraciət etdik. 19 illik evliliyimiz və sevimli qızımız üçün minnətdarıq", - hökumət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, keçmiş əri ilə onlar ən yaxşı dost və yaxşı valideyn olaraq qalırlar. Cütlüyün təxminən 3 il əvvəl evləndiyi məlum olsa da, onlar 18 yaşında tanış olublar.

Qeyd edək ki, aprelin 6-da Marin yeni parlamentin seçilməsi ilə əlaqədar hökumətinin istefasını prezident Sauli Niinistöyə təhvil verib. Qeyd olunur ki, Finlandiya prezidenti Marinin kabinetin istefası ilə bağlı müraciətini qəbul edib və ondan yeni hökumət təyin olunana qədər vəzifəsini davam etdirməsini istəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.