Dünya

Yeraltında gizli Azadlıq Ordusu qurulur – “Hədəfimiz Rusiyadan ayrılmaqdır”

7 May 2023 20:23
Baxış: 2 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya daxilində artıq Azadlıq Ordusu yaradılır və bu ordu nə vaxtsa rejimin zəifləməsindən istifadə edərək onları öz ərazilərindən qovacaq".

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu İnquşetiya Müstəqillik Komitəsinin nümayəndəsi Ruslan Youloy Ukrayna mətbuatına deyib.

Onun sözlərinə görə, İnquşetiyanın nə Vladimir Putin və komandası, nə də ayrı-ayrı subyektlərdə azadlıq hərəkatlarına qarşı çıxan Rusiya müxalifəti ilə gələcəyi var:

"Biz artıq azadlıq ordumuzu yaradırıq. Hər gün ora qoşulmaq istəyən insanlardan çoxlu sayda müraciətlər alırıq. Artıq hərbi hissələr formalaşdırmışıq, yaxın gələcəkdə bu silahlı birləşmələri dünyaya açıq şəkildə göstərəcəyik. Rus müxalifətçiləri ilə də ortaq gələcək qurmaq fikrində deyilik".

Youloy həmçinin əlavə edib ki, Ukrayna bu prosesə kömək etmək məcburiyyətində deyil, o, ilk növbədə öz ərazilərinin işğaldan azad edilməsi ilə məşğuldur:

"Ukraynaya gəlincə, Ukrayna öz ərazisində döyüşür, anlayırıq ki, Putini devirmək və ya bizi azad etmək üçün Rusiya ərazisinə girmək niyyətində deyil. Bu, bizim vəzifəmizdir. Bizim vəzifəmiz qüvvələrimizi bu dövlətin qaçılmaz dağılmasına hazırlamaqdır".

O vurğulayıb ki, İnquşetiya məğlub olduqdan sonra Rusiyanın zəifliyindən istifadə edəcək.

ABŞ-ın Atlantik Şurası (Atlantic Council) sorğusuna əsasən, çoxlu sayda ekspert Rusiyanın 2033-cü ildən çökməyə başlayacağına inanır. Atlantik Şuranın sorğusuna qatılan 167 ekspertdən 46 faizi Rusiyanın dağılmasının və ya parçalanmasının yaxın 10 il ərzində baş verə biləcəyini deyib. Mütəxəssislərin 40 faizi Rusiyanı inqilab, vətəndaş müharibəsi və ya siyasi parçalanma kimi bir sıra səbəblərə görə dağılacaq dövlət kimi göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.