Dünya

“Nemezis” abidəsi yanlış qərar idi - Paşinyan

5 May 2023 23:19
Baxış: 1 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nemezis" abidəsi məsələsində yanlış qərar verilib və bu qərarın icrası da yanlış olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 5-də "Azadlıq" radiosuna müsahibəsində "Nemezis" terror hərəkatına heykəl qoyulması səbəbindən Türkiyənin Ermənistan təyyarələrinə hava məkanını bağlaması barədə deyib.

O, abidənin ucaldılması qərarını hökumətin vermədiyini bir daha təkrar edərək, demokratiyanın ən böyük çatışmazlıqlarından biri kimi hökumət başçısının hamıya nəzarət etməməsini göstərib:

"Bəli, bu bizim komandadır. Bu, emosional fonda və Ermənistanda bir çoxlarının bir çox xəyanətkar hesab etdiyi və bir çoxlarını xəyanətə görə edamla hədələdiyi bir vəziyyətdə baş verdi. Dərin problemlər var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.