Dünya

Çexiya prezidenti Zelenskiyə tapança hədiyyə etdi

5 May 2023 22:41
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiya Prezidenti Petr Pavel Ukrayna Prezidenti Volodimir Zelenskiyə "CZ 75" tapançasını hədiyyə edib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Petr Pavel bu barədə öz "Twitter" səhifəsində paylaşım edib.

"2022-ci ilin fevralında Rusiya Ukrayna xalqının yenilməzliyini güclü şəkildə sarsıtdı. Rusiyaya qarşı mübarizədə ukraynalılara Çexiya silahları da kömək edir. Ukraynanın qəhrəmanlığına hörmət əlaməti olaraq, 22 seriyalı əfsanəvi "CZ 75" tapançasını Volodimir Zelenskiyə təhvil verdim. "Ağ aslan" Ordeni onun öz xalqının başında necə cəsarətlə dayandığını göstərir", - deyə Çexiya lideri qeyd edib.

Bu tapança modeli 75-ci ildə hazırlanıb və o vaxtdan bütün dünyada fəal şəkildə istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.