Dünya

Rus jurnalistin bu sualı ABŞ spikerini şoka saldı

2 May 2023 23:39
Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti İsrail səfərində gözlənilməz sualdan şoka düşüb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,Qüdsdə keçirilən mətbuat konfransında Rusiyanın "RİA Novosti" agentliyini jurnalisti Vyaçeslav Tartakovski ABŞ rəsmisinə bu sualı ünvanlayıb:

"Biz bilirik ki, siz Ukraynaya indiki məhdudiyyətsiz silah tədarükünü dəstəkləmirsiniz. ABŞ-ın bununla bağlı siyasətinin yaxın gələcəkdə dəyişməsi mümkündürmü?"

Kevin Makkarti rus jurnalistin bu sualından çaşqınlığını gizlətməyib, hətta olduqca qəzəblənib.

O, Ukraynaya yardımı dəstəklədiyini, Rusiyanın Ukraynaya etdiklərini, o cümlədən uşaqların və mülki şəxslərin öldürməsini qınadığını bildirib.

"Düşünürəm ki, siz ordunuzu dərhal Ukraynadan geri çəkməlisiniz", - deyə Makkarti əlavə edib.

Qeyd edək ki, Makkarti həqiqətən də, nitqlərinin birində "Ukraynanı qarşılıqsız çek ödəməyəcəyini" deyib. Lakin onun "Ukraynanı dəstəkləmədiyini və ABŞ-ın Ukraynaya yardım etməsinə qarşı olduğunu" deməsi" Vyaçeslav Tartakovsikinin fantaziyasının məhsuulu kimi qiymətləndirilib.

Milli.Azd

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.