Dünya

İnək qatar yolunu tualetə çevirən kişini öldürdü

22 Aprel 2023 19:27
Baxış: 1 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistandan 82 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Alvar şəhərində baş verib. Keçmiş dəmiryol işçisi olan 82 yaşlı kişi dəmiryol relslərində təbii ehtiyacını qarşılayarkən inək tərəfindən əzilərək öldürülüb.

Belə ki, kişi orada olarkən 30 metr kənarda bir inək yolu keçib. Heyvanı Mumbay-Qucarat marşrutu ilə hərəkət edən sürət qatarı vurub. Zərbədən inək yerli sakinə tərəf uçaraq onun üzərinə düşüb. Kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Bildirilir ki, rayonda qatarların kənd təsərrüfatı heyvanları ilə toqquşması tez-tez baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.