Dünya

ABŞ-da kütləvi qətllər rekord həddə çatır

22 Aprel 2023 08:02
Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da bu il kütləvi qətllər rekord həddə çatır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Əl Ərəbiyyə Nyus" məlumat yayıb.

Məlumata görə, 111 gün ərzində 17 kütləvi qətldə 88 nəfərin həyatına son qoyulub. Hər dəfə qatillər odlu silahlardan istifadə ediblər.

ABŞ Prezidenti Co Bayden keçən il silah zorakılığı ilə bağlı qanun layihəsini imzalamış, ən gənc silah alıcıları üçün öncədən yoxlamaları sərtləşdirmişdir.

Ekspertlər və hüquq müdafiəçiləri ABŞ-da son illərdə silahların yayılmasını, o cümlədən pandemiyanın yüksək olduğu dövrdə rekord silah satışlarını bu cür hadisələrə səbəb kimi göstərirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.