Dünya

Türkiyənin Kahramanmaraş vilayətində qasırğa baş verib - VİDEO

21 Aprel 2023 07:12
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kahramanmaraş vilayətində qasırğa baş verib.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, qasırğa xüsusilə çadırlarda və konteynerlərdə qalan zəlzələdən sağ çıxan əhaliyə zərər vurub.

Bölgədə koordinasiya qubernatoru olaraq çalışan Kırıkkale valisi Bülent Tekbıyıkoğlu, qasırğadan sonra lazımi müdaxiləni etdiklərini, zəlzələ qurbanlarının ən qısa zamanda çadır və konteynerlərinə qaytarılacaqlarını qeyd edib.

"Saat 16.00-a olan məlumata görə, rayonumuzda dolu, ardınca qasırğa olub. Hazırda 40-a yaxın yaralı var. Onlardan ikisinin vəziyyəti nisbətən ağırdır. Təxminən 170-ə yaxın çadıra ziyan dəyib. Çadırları tez bir zamanda təkrar yeniləyib zəlzələdən əziyyətçəkən əhaliyə geri verməyi planlayırıq" - deyə Bülent Tekbıyıkoğlu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.