Dünya

Soylu hədələdi: Başında Bakan durur, cavab ağır olacaq

20 Aprel 2023 14:22
Baxış: 1 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin daxili işlər naziri Süleyman Soylu polis təşkilatları içərisində FETÖ-nün ikinci paralel sisteminin qurulma cəhdlərindən bəhs edib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, nazir bu haqda "Haber Qlobal"da qatıldığı proqramda danışıb.

Süleyman Soylu fəaliyyətin başında Cümhuriyyət Xalq Partiyasının İzmirdən olan millət vəkili Murad Bakanın olduğunu qeyd edib:

"Murad Bakan polis təşkilatları içərisində paralel bir sistem qurmağa çalışan anlayışın özüdür. FETÖ-nün ikinci paralel sistemini formalaşdırmağa çalışır. Bütün sistem əlimizdədir, bütün sistem də məhkəməyə veriləcək. Son çərçivəni hazırlayırıq. FETÖ-dən sonra bunlar polis təşkilatlarının daxilində yeni bir sistem qurmağa çalışırlar. Biz bu yeni sistemi təsbit etdik. Bir çoxunu ifşa etdik. İndi bir çoxu ilə bağlı da sxemimiz bəllidir. Konkret şəkildə deyirəm: Murad Bakan bunların başındadır. Qarşılığı çox ağır olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.