Dünya

Bu görüntülərin sirri açıldı - VİDEO

18 Aprel 2023 18:12
Baxış: 1 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət öncə sosial şəbəkələrdə 12 gün durmadan dövrə vuran qoyunlar barədə kadrlar virus sürəti ilə yayılıb. Görüntülər Çinin Baotou şəhərindən olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yalnız soyadı açıqlanan fermer Miaonun sözlərinə görə, əvvəl bir neçə qoyun dövrə vurmağa başlayıb, sonra isə bütün sürü bu hərəkətə cəlb olunub.

Hər kəsi, xüsusən də çobanları şoka salan bu qəribə vəziyyətə səbəb kimi əvvəlcə bakterial xəstəlik göstərilsə də, heyvanların tamamilə sağlam olduğunun üzə çıxması vəziyyətin müəmmasını daha da artırıb.

İngiltərədəki Hartpuri Universitetinin Kənd Təsərrüfatı Fakültəsindən professor Mett Bell bu sirli davranışların səbəbi barədə elmi fikir irəli sürüb.

Alimin sözlərinə görə, bəzi heyvanlar daim dar bir sahədə sıxışdıqları vaxt qəzəblənərək bu cür davranırlar. O, ehtimal edib ki, qoyunlar da uzun müddət eyni bölgədə olduqları üçün qəzəbli olublar. Bir neçə qoyunun başlatdığı "fəaliyyət" isə sonradan "sürü psixologiyasına" uyğun olaraq davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.