Dünya

Təhlükəli vulkan aktivləşdi - 1 gündə 148 püskürmə - VİDEO

17 Aprel 2023 16:14
Baxış: 1 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 16-da Meksikada Popokatepetl vulkanı aktivləşib. Kül buludu təxminən 6700 metr hündürlüyə qalxıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, vulkana görə əhalinin təxliyəsinə başlanılıb.

Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin (Cenapred) Meksika Milli Muxtar Universiteti (UNAM) ilə birgə keçirdiyi gündəlik monitorinqin nəticələrinə görə, son 24 saat ərzində Popocatepetl vulkanında 148 püskürmə qeydə alınıb.

Popokatepetl Meksikanın paytaxtı Mexiko şəhərindən 64 kilometr cənub-şərqdə yerləşir və dünyanın ən aktiv vulkanlarından hesab edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.