Dünya

Katolik keşiş dini mərasimləri pabda keçirir

17 Aprel 2023 15:38
Baxış: 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kilsə təmirə bağlandıqdan sonra irland keşişi Maykl Kusak dini mərasimləri pabda keçirməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, hakimiyyət Lüksemburqdakı katolik kilsəsini altı ilə qədər davam edə biləcək uzunmüddətli təmir üçün bağlayıb. Lakin dini xidmətlər üçün başqa yer nəzərdə tutulmayıb.

O, İrlandiyanın "Hop House 13" pabının sahiblərinə müraciət edərək, bazar günləri, obyektin bağlı olduğu vaxtlarda kütləvi dini tədbirlər üçün yer ayırmağı xahiş edib.

Pabın sahibi əvvəlcə keşişi saxtakarlıqda şübhəli bilsə də, sonradan onunla razılaşıb.

Keşiş qeyd edib ki, əslində kilsə arxeoloji işlərə görə bağlanıb. Onun altında şəhər divarlarının qalıqları axtarılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.