Dünya

Bu ölkədə tək yaşayan vətəndaşlara ayda 500 dollar veriləcək

16 Aprel 2023 20:12
Baxış: 1 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyi cəmiyyətdən təcrid olunmuş vətəndaşlara ayda 650 min Koreya vonu (təxminən 500 ABŞ dolları) verəcək.

Milli.Az "report"a istinadən bildirir ki, Cənubi Koreya cəmiyyətdən təcrid olunmuş vətəndaşların psixoloji və emosional sabitliyini dəstəkləmək üçün onlara aylıq müavinət ödəyəcək.

Qeyd olunub ki, 19-39 yaş arası koreyalıların təxminən 3,1%-i və ya 338 min nəfəri özlərini xarici aləmdən təcrid etmiş, qapalı məkanda və həyatda çətinliklər yaşayan subay gənclərdir.

Belə ki, gəliri ölkə üzrə orta səviyyədən (təxminən 4 165 ABŞ dolları) aşağı olan 9-24 yaş arası subay gənclərə aylıq yardım göstəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory