Səhiyyədə ən mühüm islahatlardan biri olan şəhər xəstəxanalarına yenisi əlavə edilir.
Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca öz sosial media hesabından paylaşım edib.
"Türkiyə böyük səhiyyə sərmayələrini davam etdirir. 6 xəstəxanadan ibarət və cəmi 1218 yataq tutumu olan Kocaeli Şəhər Xəstəxanası 15 Aprel Şənbə günü açılır. Nəhəng kompleks səhiyyə sistemimizə güc qatacaq"- deyə o qeyd edib.
Qeyd edək ki, Kocaeli Şəhər Xəstəxanası Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 15 aprel şənbə günü açılır.
Milli.Az