Dünya

Bir-birinə tərs baxan qadınlar saçyolduya çıxdılar - VİDEO

11 Aprel 2023 19:36
Baxış: 1 270
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə küçədə bir-birinə tərs baxan qadınlar dalaşıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Bursa şəhərinin Osmanqazi rayonu Hüdavəndigar Məhəlləsində baş verib. Əldə edilən məlumata görə, iki qadın arasında tərs baxmaq məsələsi ilə bağlı mübahisə düşüb.

Mübahisə qısa zamanda davaya çevrilib. Qadınlar bir-birinin saçını amansızcasına yolarkən ətrafdakı vətəndaşlar müdaxilə edib. Dava vətəndaşların müdaxiləsi ilə dayandırılıb.

Hadisə yerinə gələn polis qadınları bölməyə aparıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.