Dünya

Dünyada ilk dəfə it alkoqolizmdən sağaldı

9 Aprel 2023 15:24
Baxış: 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada dünyada ilk dəfə bir it alkoqolizmdən müalicə olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sahibi ilə birlikdə spirtli içki aludəçisi olan it xilas edilib. Bununla yanaşı, daha bir it ölüb.

İki yaşlı Labrador cinsindən olan Koko baytarlıq klinikasındadır.

Baytarlar bildiriblər ki, sahibləri yatmazdan əvvəl içkidən imtina etdikdən sonra itlər içkiyə aludə olublar.

Heyvanlara təcili yardım lazım olub. Hətta onların tutmaları da olub.
Kokoya dörd həftə yuxugətirici dərmanlar verilib. İndi onun gecə-gündüz qayğıya ehtiyacı var.

Eksperimental olaraq müəyyən edilib ki, heyvanlar həmişə tərkibində daha çox spirt olan nektar seçirlər, yəni bunu şüurlu şəkildə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.