Dünya

Baş nazir deputatların ölkədən çıxışına qadağa qoydu - Rusiyada

8 Aprel 2023 08:15
Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Baş naziri Mixail Mişustin rusiyalı deputatlara onun icazəsi olmadan ölkədən çıxmağı qadağan edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "The Bell" nəşri məlumat yayıb.

Qeyd olunub ki, Mişustin yüksək vəzifəli dövlət məmurlarının ölkədən sərbəst çıxışına qadağa qoyub.

Bundan sonra Rusiya məmurları xaricə yalnız rəsmi işgüzar səfər edə bilərlər. Bundan əlavə, deputatlar getmək üçün Baş nazirdən icazə almalıdırlar. Vurğulanıb ki, bu qadağa Kreml administrasiyasına şamil edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.