Dünya

Rusiyanın NATO-ya zərbə endirməsi üçün... - Danilov

6 Aprel 2023 18:36
Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO Putinin nüvə təhdidlərinə və Belarus ərazisində nüvə silahının yerləşdirilməsinə etinasız yanaşmamalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov deyib.

"Mən tam əminəm ki, Putin indi Belarusda nüvə silahı yerləşdirməklə dünyanı şantaj edir. Unutmaq olmaz ki, 2014-cü ildə Rusiya 298 nəfərin olduğu MH-17 sərnişin təyyarəsini vurub. Təyyarədə alyansa üzv ölkələrin vətəndaşları var idi, lakin NATO buna göz yumdu. Vəziyyət təkrarlana bilər. NATO ölkələrinin ərazisinə zərbə endirmək üçün Belarus ərazisində nüvə silahının olması çox da vacib deyil. Çünki bu gün Rusiyanın ərazisindən istənilən NATO ölkəsinə nüvə başlığı olan raketlə hücum etmək mümkündür. Bu, Putinin müəyyən hadisələrdən əvvəl istifadə etdiyi nüvə əzələlərinin oyunudur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.