Rusiya silahlı bölmələri Baxmutun mərkəzini ələ keçirib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaqner" özəl hərbi birliyinin rəhbəri Yevgeni Priqojin deyib.
O, Baxmutda adminstrativ binaya hərbi müxbir Vladlen Tatarskinin adının yazıldığı Rusiya bayrağının sancıldığını bəyan edib.
Qeyd edək ki, Tatarski ötən gün Sankt-Peterburqdakı "Strit-bar" kafesində baş verən partlayışda ölüb.
Milli.Az