Dünya

"Dəhşətli itkilər də rusları dayandırmır"

2 Aprel 2023 20:51
Baxış: 1 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baxmut istiqamətində vəziyyət çox gərgin olaraq qalır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

"Düşmən döyüşə təkcə "vaqnerçilər" deyil, həm də peşəkar desant bölmələrini cəlb etməyə cəhdlər edir", - o bildirib.

Malyar qeyd edib ki, hətta çox sayda şəxsi heyət itkisi də düşməni dayandırmır:

"İtki rus komandanlığını daha emosional qərarlar qəbul etməyə məcbur edir. Müdafiəçilərimiz çətin şəraitdə düşmənin irəliləməsini dayandırmalıdır.

Mövcud vəziyyətə cavab tədbirləri bütün şərait, tapşırıqlar və hərbi məqsədəuyğunluq prinsipi nəzərə alınmaqla, səriştəli şəkildə həyata keçirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.