Dünya

Yeni okean YARANACAQ: Afrikanı iki yerə ayıracaq

3 Aprel 2023 23:03
Baxış: 1 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yer kürəsində Afrikanı iki yerə böləcək okeanın yaranacağı iddia olunur. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu əsasən Afrika qitəsinin iki hissəsi bir-birindən ayrılmağa davam etdikcə baş verəcək. Dənizə çıxışı olmayan ölkələr (Zambiya və Uqanda kimi) öz sahil xətlərini əldə edə biləcəklər.

Alimlərin fikrincə, proses milyonlarla il ərzində baş verəcək. Gələcəkdə yaranacaq okeanın səbəbi 2005-ci ildə üç tektonik plitənin (Nubiya, Somali və Ərəbistan) sərhədində Şərqi Afrika Riftinin formalaşması ilə başlayıb. 

Qeyd edək ki, oxşar tektonik sürüşmələr Qırmızı dənizin və Ədən körfəzinin formalaşması zamanı da baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.