ABŞ Prezidenti Co Bayden Qara dəniz üzərində Rusiya qırıcısının Amerikanın pilotsuz uçuş aparatı (PUA) ilə toqquşması barədə məlumatlandırılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbi əlavə edib ki, Rusiya qırıcıları daha əvvəl də Qara dəniz üzərində ABŞ təyyarələrinə müdaxilə edib.
Eyni zamanda, o bildirib ki, bu, təhlükəli və qeyri-peşəkarlıqdır.
Milli.Az