Dünya

Qəbirdə uşaq doğan qadın - FOTO

12 Mart 2023 17:32
Baxış: 1 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2010-cu ildə İtaliyanın Bolonya şəhərində 8-ci əsrə aid qadın qəbri aşkar edilir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, skeletin sümüklərinin fərqli duruşu və yanında döl qalığı tədqiqatçıların marağına səbəb olur. 

Bu yaxınlarda əldə edilmiş laborator nəticələr isə maraqlı faktın üstünü açır. Alimlərin qənaətinə görə, orta yaşlı qadın trepanasiya əməliyyatı keçirdikdən 1 həftə sonra ölüb. Həmin dövrdə təzyiqin müalicəsi üçün yeganə vasitə trepanasiya (kəllənin çərtilməsi) idi.

Qadın ölərkən hamiləliyinin 38-ci həftəsində olub və doğuş qadının dəfnindən sonra baş verib. 

Tədqiqatçıların fikrincə, meyitin daxilində yaranan qazların təzyiqi o qədər böyük olur ki, dölü çölə atır. Tibbdə bu post-mortem, və ya qəbirdə doğuş adlanır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.