Dünya

25 il turistləri gəzdirən filin beli əyildi - FOTO

13 Mart 2023 00:44
Baxış: 1 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heyvan haqları müdafiəçiləri 71 yaşlı filin əhvalatını nəql ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, 25 il insanları belində gəzdirib. Daimi yükdən heyvanın onurğası eybəcərləşib.

Taylanddakı Vəhşi Təbiətin Dostları Fondunun (WFFT) əməkdaşları Pay Lin adlı heyvanın şəkillərini dərc ediblər.

Məlumata görə, bəzən heyvan eyni anda altı nəfərə qədər turisti daşımaq məcburiyyətində qalıb. Buna görə də onun onurğası deformasiyaya uğrayıb.

Fil 2007-ci ildə Taylandda xilas edilib və hazırda Hua Hin yaxınlığındakı Vəhşi Təbiət Dostları Fondunun qoruğunda xilas edilmiş 24 fillə birlikdə yaşayır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.