Dünya

Səudiyyə Ərəbistanında distant təhsilə qərar verildi

12 Mart 2023 14:05
Baxış: 1 292
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səudiyyə Ərəbistanının bir çox şəhərində, xüsusilə də Məkkədə güclü yağış xəbərdarlığı səbəbindən ölkədə distant təhsilə qərar verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA məlumat yayıb.

Bildirilib ki, Məkkə, Ciddə, Taif, əl-Bəha və əl-Mahva şəhərlərinin təhsil müdirlikləri, Milli Meteorologiya Mərkəzindən verilən yağıntı xəbərdarlığına görə ibtidai və orta təhsil müəssisələrində təhsilin distant rejimdə aparılacağını açıqlayıb.

Distant təhsil qərarının tələbələrin və təhsil işçilərinin təhlükəsizliyini təmin etmək üçün alındığı qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.