Dünya

Quran kursunda uşaqları döydülər - VİDEO

12 Mart 2023 05:31
Baxış: 1 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Büyükçekmece bölgəsində yerləşən Quran kurslarının birində dəhşətli hadisə yaşanıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, kursda müəllimlərin şagirdləri qəddarcasına döydüyü anlar sosial şəbəkələrdə yayılıb. 

Dini təhsil almaq üçün gələn uşaqlarla bu cür rəftar edilməsi qınanılıb. 

Demək olar ki, bütün sosial platformalarda izləyicilər kursun bağlanmasını və həmin müəllimlərin layiqli cəza almasını tələb edib. 

Məlumata görə, artıq həmin şəxslər polis tərəfindən saxlanılıb. 

Sözügedən görüntüləri təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.