Dünya

Dünyanın ən yaşlı qadını vəfat etdi - 128 yaşında

8 Mart 2023 21:21
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən yaşlı qadını adlandırılan Cənubi Afrika Respublikasından olan 7 uşaq anası Yohanna Mazibuko 128 yaşında vəfat edib. 

Milli.Az Bizim.Media-ya istinadla xəbər verir ki, o, Cənubi Afrikanın Şimal-Qərb əyalətindəki evində dünyasını dəyişib. 

Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. 

Qeyd edək ki, Mazibuko 1894-cü ildə anadan olub. O, bir neçə ay əvvəl jurnalistlərə açıqlamasında dediyi "Yaşamağın nə mənası var? Mən burada heç nə etmədən otururam" sözlərilə dünya gündəminə düşməyi bacarmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.