Dünya

“Trabzonspor” FIFA tərəfindən sanksiya ilə üzləşə bilər

6 Mart 2023 22:14
Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Trabzonspor" klubu FIFA tərəfindən sanksiya ilə üzləşə bilər.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, buna səbəb Qara dəniz təmsilçisinin futbolçularına məvaciblərini verməməsidir.

Konkret olaraq 3 əcnəbi oyunçu Bruno Peres, Jan-Filipp Qbamen və Yens Larsen alacaqları vaxtında ödənilmədiyi üçün kluba xəbərdarlıq ediblər. Qısa müddətdə oyunçuların məvacibi verilməsə, onlar FIFA-ya şikayət edəcəklər. Bu isə "bordo-mavililər"in ciddi cəzaya məruz qalmasına yol aça bilər.

Qeyd edək ki, martın 4-də Super Liqanın XXIV turunda "Trabzonspor"un "Umraniyespor"a 1:2 hesabı ilə məğlub olduğu son oyunda Peres və Larsen 90 dəqiqə meydanda olub, Qbamen ehtiyatda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.