Dünya

“Polisəm, axtarış aparacağam" deyərək mağaza sahibinin 7 min 500 dollarını oğurladı - VİDEO

5 Mart 2023 20:54
Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda özlərini polis kimi təqdim edərək hədiyyə dükanı sahibinin 7500 dollarını soyan 3 şübhəli tutulub.

Milli.Az musavat.com-a istinadən bildirir ki,dələduzlar özlərini polis kimi təqdim edərək iş yerində axtarış aparacaqlarını söyləyiblər.

Dükan sahibi 40 yaşlı M.K.-ni tapança və bıçaqla hədələyib pulqabı və seyfindəki 7 min 500 dolları qəsb edən şübhəlilər hadisə yerindən qaçıblar.

Oğurluqdan sonra mağazadsahibi M.K. polisə zəng edərək xəbər verib. Polis qrupları keçirilən əməliyyatda şübhəlilər Burak D. , Furkan D. və Murat D.-ni nəzarətə götürüb. Şübhəlilərin çoxlu sayda cinayət qeydlərinin olduğu müəyyən edilib. Polisdəki əməliyyatlar tamamlandıqdan sonra ədliyyəyə sövq edilən şübhəlilər həbs edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.