Dünya

London Kiyevə vəd ediləndən 2 dəfə çox “Challenger 2” tankı verəcək

4 Mart 2023 23:50
Baxış: 1 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib ki, Kiyev iki dəfə çox "Challenger 2" tankı (14 əvəzinə 28) və daha çox (24 əvəzinə 33) "AS-90" 155 mm-lik özüyeriyən artilleriya qurğuları alacaq.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna səfiri "Azadlıq Radiosu"na müsahibəsində bildirib.

Diplomat Ukraynanın digər silahlar, xüsusilə də təyyarələr əldə etmək variantlarını axtardığını da vurğulayıb və qeyd edib ki, NATO üzvlərinin hamısının ölkəmizdən silah tələbləri var.

Bundan başqa, o, əlavə edib ki, Böyük Britaniya Ukrayna qoşunlarının Britaniyada hərbi təlim keçmə müddətini əhəmiyyətli dərəcədə - iki yarım dəfə artırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.