Dünya

Koronavirusla bağlı ŞAD XƏBƏR

1 Mart 2023 08:49
Baxış: 1 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süni intellektlə hazırlanmış ilk yeni növ koronavirus (COVID-19) dərmanının insanlar üzərində klinik sınaqlarına başlanılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Honkonqda yerləşən "Insilico Medicine" açıqlama yayıb.

Bildirilib ki, ISM3312 terapevtik məhsulunun preklinik tədqiqatlarda viral yükü və ağciyərlərdə iltihabı "əhəmiyyətli dərəcədə azaltdığı" aşkar edilib.

Kanadalı alim Aleks Javoronkov açıqlamasında təsisçisi və top-meneceri olduğu şirkətin tibb sahəsində süni intellektlə işlədiyini bildirib. O, İSM3312 terapevtik məhsulunun insanlar üzərində klinik sınaqlarının Çində başlayacağını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.