Dünya

Binaları həm isidə, həm də soyuda bilən material hazırlandı

13 Mart 2023 03:22
Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər rəngini dəyişərək (yayda tünd ağ, qışda isə mis-metal rəngi) isitmə və soyutma rejimləri arasında keçid edə bilən material hazırlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun köməyi ilə binalar yayda arzuolunmaz istiliyi buraxa, qışda isə saxlaya bilər.

Yeni material plastik kartlardan daha nazik bir təbəqədən ibarətdir. Onun az miqdarda enerji sərf etdiyi qeyd olunur.

Yenilikdən binaların enerji səmərəliliyini artırmaq üçün də istifadə edilə bilər.

Material radiasiyalı soyutma kimi tanınan təbii hadisədən istifadə edir. O, gecələr ətrafdakı havanın temperaturunun aşağı düşməsinə səbəb olur və bütövlükdə binanın soyumasına kömək edir.

Alimlərin fikrincə, belə materialın binalarda tətbiqi ilə onların qızdırılması və soyudulması üçün sərf olunan enerjinin 8,4%-nə qənaət etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.