Dünya

Bu kinolarda işgəncə, ölüm, EROTİK səhnələr ÇOXDUR - FOTO

28 Fevral 2023 22:49
Baxış: 1 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kino "dünyaya göz açandan" maraqlı inkişaf yolu keçib. Səssiz filmlərdən üzü bu yana çoxlu janr və üslublarda filmlər çəkilib. Bu janrlardan biri də artıq unudulmaqda olan callo janrıdır.

Milli.Az xəbər verir ki, Lent.az dünya kinosunda özünəməxsus yer tutumuş callo janrı barədə danışır

"Callo" janrı İtaliya kinosunun məhsuludur. Bu janrda çəkilən filmlər qorxu, dəhşət, dedektiv və erotikanın sintezindən ibarətdir. 

"Callo" termini əslində bulvar mətbuatı, sarı mətbuat terminlərindən yaranıb. Sadə xalqın həvəslə oxuduğu kriminal, dedektiv hekayələr kinoya da ayaq açdı və kinoda kriminal trillerlər yarandı. Bu hekayələr həm kinoda, həm mətbuatda "giallo"- "callo" termini ilə anıldı.

Alışdığımız qorxu filmlərindən fərqli olaraq "callo" janrında çəkilmiş filmlərdə qandan çox istifadə olunur, işgəncə, ölüm, erotika səhnələrinə həddən artıq yer verilir. Bu janrda çəkilmiş filmlərin adı da hədsiz dərəcədə uzun olurdu. "Callo" filmlərdə qatilin əlinə geydiyi əlcək, qanlı bıçaq, qorxu dolu anları daha da gərginləşdirən həyəcanlı musiqi, dəhşət saçan maskalar mütləq yer alırdı.

Bu qorxu filmlərində operator işi xüsusilə nəzərə çarpır, kamera hadisələri qatilin gözü ilə göstərir.

1980-ci illərdə "callo" janrında filmlərin çəkilməsi azaldı, 1990-cı illərdə isə tamamilə başa çatdı. Onun yerini yeni janrlarda çəkilən qorxu filmləri aldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.