Dünya

Rəsmi Vaşinqton koronavirusla bağlı bu qənaətə gəldi

27 Fevral 2023 14:32
Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Enerji Departamenti koronavirusun mənşəyi ilə bağlı yeni nəticəyə gəlib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, departament bu yaxınlarda Ağ Evə və Konqresin əsas üzvlərinə məxfi kəşfiyyat hesabatı təqdim edib.

ABŞ Enerji Departamenti Federal Təhlükəsizlik Bürosunun oxşar hesabatı ilə eyni nəticəyə gəldiyini və virusun çox güman ki, Çinin Vuhan şəhərindəki bir laboratoriyadan sızma nəticəsində yayıldığını bildirib.

Sözügedən kəşfiyyat hesabatı heyvan mənşəli nəzəriyyəni rədd edir və virusun yayılmasının təsadüfi qəza nəticəsində olduğunu deyir.

Qeyd edək ki, ötən dövrdə Çinin "Koronavirus sənədləri"nin ABŞ səlahiyyətliləri tərəfindən ələ keçirildiyi və Çinin sirr olaraq saxladığı layihənin deşifrə edildiyi barədə məlumat yayılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.