Dünya

Qazaxıstanda helikopter qəzası 4 nəfərin həyatına son qoydu

23 Fevral 2023 23:10
Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın Qərbi Qazaxıstan vilayətində "Kazaviaspas" ASC-yə məxsus Mi-8 helikopterinin sərt enişi nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Son məlumatlara görə, Fövqəladə Hallar Nazirliyinin axtarış qrupu helikopterə çatıb. 4 nəfər ölüb, 2 nəfər yaralanıb", - məlumatda deyilir.

Qeyd edək ki, fevralın 23-də helikopter Qərbi Qazaxıstan vilayətinin Çapurino kəndindən 6 km aralıda sərt eniş edib. O, "Kaztransoil" şirkətinin sifarişi ilə neft kəmərinin ətrafında uçub. Həmin vaxt açıqlanan məlumata görə, helikopterin göyərtəsində beş ekipaj üzvü və iki sərnişin olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.