Dünya

Altı nəhəng qalaktika kəşf edildi - FOTO

23 Fevral 2023 16:00
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ceyms Uebb kosmik teleskopu kainatda bir anda altı fövqəladə böyük qalaktika kəşf edib. Onların kütləsi Günəşin kütləsindən təxminən 100 milyard dəfə çoxdur. Pensilvaniya Dövlət Universitetinin mətbuat xidməti çərşənbə günü bildirib ki, yeni kəşflər kosmoloqların kainatın ilk qalaktikalarının təkamülü ilə bağlı fikirlərini bir daha şübhə altına alır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alimlərin hazırkı fikirlərinə görə, ilk qalaktikalar kainatda böyük partlayışdan təxminən 300-400 milyon il sonra, onun maddəsi soyuq qaz buludlarının əmələ gələ biləcəyi, içərisində ulduzların yarana biləcəyi temperaturlara qədər soyuduqda meydana çıxıb. Elm adamları bir neçə onilliklər ərzində bu cür qalaktikaların kainatın kimyəvi təkamülündəki rolunu aşkara çıxarmaq ümidi ilə onların xassələrini axtarır və öyrənirlər.

Əvvəlcə astronomlar ilk qalaktikaların nisbətən kiçik olduğunu və yavaş-yavaş böyüdüyünü güman edirdilər. "Hubble" və digər güclü teleskopların son kəşfləri bunun əslində belə olmadığını göstərir. Böyük qalaktikalar artıq Kainatın həyatının ilk milyard ilində meydana çıxıb. Onların mövcudluğu hələ də elm adamları üçün böyük bir sirr olaraq qalır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.