Dünya

"İran azı 50 ölkə ilə silah satışı üzrə danışıqlar aparır"

17 Fevral 2023 22:43
Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran qabaqcıl silahların qlobal tədarükçüsünə çevrilib və Tehran hazırda dünyanın 50-dən çox ölkəsi ilə danışıqlar aparır.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

İsrailli nazir dünya ictimaiyyətini bununla bağlı Tehrana qarşı çıxmağa çağırıb.

"Bütün bunlar İrana qarşı raket embarqosu hələ də qüvvədə olduğu bir vaxtda baş verir, bu embarqonun müddəti bu il başa çatır. Vaxt qısalır, İran rejimi silah alveri ilə məşğuldur", - Qallant deyib.

Nazir bir daha vurğulayıb ki, İranın nüvə proqramına münasibətdə hər hansı çəkindirmə tədbirlərinin tətbiqi nəzərdən keçirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.