Dünya

Terrorçunun silahı harada qediyyatdadır? - Şok detal

1 Fevral 2023 09:16
Baxış: 3 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu həyata keçirən Yasin Hüseynzadə bu silahı necə əldə edib?

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı olduqca inginc məlumat yayılıb.

Bildirilib ki, Yasinin hücumda istifadə etdiyi silah qatlanan "Kalaşnikov AK-47" markalı avtomatdır.

"Hadisədən sonra həmin silahın fotosu yayılıb. Səfirliyin təhlükəsizlik əməkdaşının sözlərinə görə, silahın seriya nömrəsi saxtalaşdırılıb, qundağın üzərində isə onun seriya nömrəsi "N-12067"-dir. Bu da onun İranda nömrələndiyini göstərir.

Silah 2000-ci ilin mart ayınadək Zəncanın polis qüvvələrinin silah-sursat anbarında saxlanılıb.

Son qeydə alındığı yer isə Luristan polisidir. Belə ki, 25 iyun 2019-cu ildə Luristan əyalətinin Polis İdarəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən bu silah qəbul edilib".

Başqa sözlə desək, terrorçunun istifadə etdiyi silah İran hüquq-mühafizə orqanlarına məxsusdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.