Rusiyada qeyri-qanuni səfərbərliyə cəlb olunan doqquz mindən çox vətəndaş evlərinə qaytarılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş prokuroru İqor Krasnov Prezident Vladimir Putinlə görüşdə bildirib.
Putin səfərbər edilmiş rusiyalıların hüquqlarının monitorinqini davam etdirməyi baş prokurora tapşırıq verib.
Milli.Az