"Qanunsuz səfərbərliyə cəlb olunmuş 9 min vətəndaş evlərinə qaytarılıb"

1 Fevral 2023 07:31

Rusiyada qeyri-qanuni səfərbərliyə cəlb olunan doqquz mindən çox vətəndaş evlərinə qaytarılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş prokuroru İqor Krasnov Prezident Vladimir Putinlə görüşdə bildirib.

Putin səfərbər edilmiş rusiyalıların hüquqlarının monitorinqini davam etdirməyi baş prokurora tapşırıq verib.

Milli.Az