Ölkə

Qarabağ Universitetində TOY ÇALINDI - FOTO

7 Sentyabr 2025 16:18
Baxış: 641
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qarabağ Universitetinin gənc əməkdaşları Fatimə Səfərova və Elxan Qurbanlı ailə həyatı qurublar.

Milli.Az xəbər verir ki, xəbəri sosial şəbəkədə ictimailəşdirən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, gənclərin evliliyi kollektivin böyük sevincinə səbəb olub.

"Xankəndi şəhərində keçirilən toy məclisi doğma Qarabağımızda həyatın bərpası prosesində Qarabağ Universitetinin fəal iştirakının növbəti göstəricisidir.

Universitetimizin qurulmasında və inkişafında pay sahibi olan hər iki əməkdaşımızı ürəkdən təbrik edir, onlara xoşbəxt və firavan ailə həyatı arzulayırıq.

Qarabağ Universiteti ailəsinin üzvü olmaq sonsuz fəxarətdir!", - rektor qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.