Dünya

Rusiyanın yeni hücumu: Ukrayna Baş nazirindən sərt xəbərdarlıq

7 Sentyabr 2025 15:12
Baxış: 510
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sentyabrın 7-nə keçən gecə Rusiyanın hava zərbələri Ukraynanın Kiyev, Odessa, Dnepr, Krivoy Roq və digər şəhərlərini atəşə tutub.

Milli.Az xəbər verir ki, Ukrayna Baş naziri Yuliya Sviridenko "Telegram" kanalında verdiyi açıqlamada, müharibənin başlanmasından bəri ilk dəfə olaraq hökumət binasının hücum nəticəsində zədələndiyini bildirib.

"Dam və yuxarı mərtəbələr zədələnib, xilasedicilər yanğını söndürür. Onların fədakarlığına görə minnətdarıq. Binaları yenidən bərpa edəcəyik, ancaq itirilən həyatları geri gətirmək mümkün deyil. Düşmən ölkə ərazisində insanlarımızı terror altında saxlayır və öldürür", - Sviridenko vurğulayıb.

Baş nazir həmçinin əlavə edib ki, dünya bu dağıntılara sadəcə sözlə reaksiya verməklə kifayətlənməməli, praktiki addımlar atmalıdır. Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməli, Ukraynaya isə həyat qurtaran silah dəstəyi verilməlidir.

"Ən vacibi Ukraynaya lazımi silahlar çatdırılmalıdır. Bu, terrorun dayandırılması və düşmənin ukraynalılara qarşı növbəti hücumlarının qarşısını almaq üçün yeganə yoldur", - deyə o bildirib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.