Bərdədə maşın su arxına aşıb, sürücü ölüb.
Milli.Az xəbər verir ki, hadisə rayonun Məşədibişli kəndində baş verib.
Belə ki, Koroğlu Rzayev idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobillə Bərdə rayonu, Məşədibişli kəndindən Mollalı kəndi istiqamətində gedən kəndarası yolda yolun idarəetməni itirərək idarə etdiyi avtomobil yolun kənarında olan su arxının içərisinə aşıb.
Hadisə nəticəsində sürücü ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Milli.Az





