Dünya

Nə Ukrayna udacaq, nə də Rusiya - Proqnoz

29 Yanvar 2023 17:31
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya və Ukrayna arasında savaşın mütləq qalibi olmayacaq".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu rəy Amerikanın "RAND Corporation" araşdırma mərkəzinin hesabatında əks olunub.

Analitiklər vurğulayırlar ki, Ukraynanın mütləq qələbəyə nail olmaq niyyəti yoxdur. Onun yeganə məqsədi Rusiyanı məhv etmədən öz ərazilərini geri qaytarmaqdır.

"2022-ci ilin payızında Xarkov və Xersonda Ukraynanın uğurlu əks-hücumları Kiyevin döyüş meydanındakı perspektivləri ilə bağlı nikbinliyi yeniləsə də, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də Ukraynanın 4 bölgəsinin ilhaq olunduğunu elan etməsi savaşın bitməsinin uzaq perpektivdə olduğunu xatırlatdı", - deyə sənəddə bildirilir.

Ekspertlərə görə, Ukraynanın döyüş qabiliyyəti yüksəkdir və o, Rusiya hərbçilərini ölkədən çıxarmağa nail olana qədər vuruşa bilər. Bu fikrin tərəfdarları Rusiyanın nüvə silahından istifadə və ya Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə müharibə risklərinin idarə oluna biləcəyini iddia edirlər.

Rusiya ordusunun Ukraynadan çıxarılması halında Moskvanın hətta vurduğu ziyana görə təzminat ödəməkdən başqa çarəsi qalmayacaq. Bununla belə, keçmiş müharibələrin acı təcrübəsi və indiki savaşın gedişatı gözdən keçirildikdə belə bir optimist ssenarinin gerçəkləşməsi mümkün görünmür. Mütləq qələbədən danışarkən ekspertlər "qalib dövlət məğlub ölkənin ərazisini zəbt edərək tam hakimiyyətini qurur" tərifinə istinad edirlər. Hitler Almaniyasına qarşı savaşan müttəfiq dövlətlər belə bir qələbəni İkinci Dünya müharibəsində əldə ediblər. Ancaq analitiklərin fikrincə, hazırkı müharibədə bu variant çətin ki, alınsın. Üstəlik, Ukrayna 1991-ci il sərhədlərinə qayıtsa belə, Rusiya müharibədən çox ziyanla çıxmayan donanma və hava qüvvələrinin köməyi ilə zərbələr endirə biləcək.

"Tərəflərin heç birinin mütləq qələbəyə nail olmağa gücü çatmadığı üçün müharibənin danışıqlarla başa çatması ehtimalı da var. Müzakirələr, mütləq qələbədən fərqli olaraq, döyüşən tərəflərdən sülhün şərtlərinin pozulması ilə bağlı müəyyən riski qəbul etməyi tələb edir", - deyə hesabatda vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.