Dünya

"Çin Rusiyanı dəstəklədiyi qədər Ukraynanı dəstəkləmir"

20 Yanvar 2023 08:40
Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Ukrayna konflikti ilə bağlı mövqeyinin dəyişəcəyinə ümid edirik.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

O bildirib ki, Çin Rusiyanı dəstəklədiyi qədər Ukraynanı dəstəkləmir:

"Biz Çinin mövqeyinin dəyişməsinin mümkünlüyünü görürük. İlk növbədə bunu Vladimir Zelenskinin "sülh formulu" vasitəsilə mümkün olacağını müşahidə edirik. Bildiyimiz qədər, iki bənd Çin üçün olduqca vacibdir".

Yermak həmçinin əlavə edib ki, Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya Şərq İqtisadi Forumunda "sülh formulu" ilə bağlı əsas müddəalarını əks etdirən mesaj çatdırıb:

"Biz ümid edirik və Çinin reaksiyasını gözləyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.