Rusiyada, Kazanda minik avtomobili yolda olarkən yanıb. Salonunda ana və dörd yaşlı uşaq olub.
Milli.Az bildirir ki, bu barədə "KazanFirst" xəbər verir.
Nəşrin məlumatına görə, maşını idarə edən qız yanıq iyi hiss edib, maşını saxlayıb, kapotun altından yanğın görüb və dörd yaşlı uşağı salondan çıxara bilib. Bundan sonra yerli sakin yanğınsöndürən götürməyə çalışsa da, qapı açılmayıb.
Yoldan keçənlər qadına maşını söndürməyə kömək etmək üçün dayanmayıb. Avtomobil daha sonra yanğınsöndürənlər tərəfindən söndürülüb.
İrfan Vəliyev
Milli.Az